Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Çelsi” ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edən 16 yaşlı yarımmüdafiəçi Visente Qarsiyanı transfer etməyə yaxındır.
QOL.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
London klubu gənc futbolçu üçün təxminən 3 milyon avro ödəyəcək. Tərəflər transferin əsas şərtlərini razılaşdırıblar. Qarsiya 18 yaşına çatacağı 2028-ci ilin yayında “Çelsi”yə qoşulacaq. Müqavilədə bonusların da nəzərdə tutulduğu bildirilir.
Qeyd edək ki, ABŞ və Meksika vətəndaşlığı olan Qarsiya 2025-ci ilin yanvarında, 14 yaş 198 günlük olarkən “Los-Anceles Qalaksi” ilə ilk peşəkar müqaviləsini imzalayıb. O, MLS tarixində əsas komanda ilə peşəkar müqavilə bağlayan ən gənc beşinci futbolçu olub.
Gənc yarımmüdafiəçi cari mövsümdə “Los-Anceles Qalaksi”nin ikinci komandası “Ventura Kaunti”də 16 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.