Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
“Real” “Mançester Yunayted”in futbolçusu Cey-Cey Qabrieli transfer etmək niyyətindədir.
QOL.az xəbər verir ki, Madrid klubu 16 yaşlı hücumçunun keçidi ilə bağlı razılığa yaxınlaşıb. Bu barədə “Football365” məlumat yayıb.
Mənbənin yazdığına görə, “Real” həm futbolçunun, həm də İngiltərə təmsilçisinin maliyyə tələblərini qarşılamağa hazırdır. Transferin təxminən 15 milyon avroya başa gələcəyi gözlənilir. Daha əvvəl Qabrielin illik ən azı 1 milyon avro maaş tələb etdiyi bildirilmişdi.
16 yaşlı hücumçu ilə “Barselona”, “Bavariya” və PSJ də maraqlanıb. Buna baxmayaraq, Madrid təmsilçisi transferdə irəliləyiş əldə edib.
Qeyd edək ki, Cey-Cey Qabriel hələ də “Mançester Yunayted”də qeydiyyatdadır. O, əsas komandadakı rolu ilə bağlı fikir ayrılıqlarından sonra ailəsi ilə birlikdə klubdan ayrılmaq istədiyini rəsmən bildirib.