16 yaşlı iki əmioğlu itkin düşdü

23.06.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.

Modern.az xəbər verir ki, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.

Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur.

Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib.

Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.(APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью