16 yaşlı oğlan bıçaqlandı: 2 nəfər saxlanıldı

22.02.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ağsuda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 21-i saat 22 radələrində şəhər ərazisində qeydə alınıb. 

Belə ki, şəhər sakini 2009-cu il təvəllüdlü M. Əliyevin qol və qarın nahiyəsinə bıçaqla xəsarət yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən Rüfət İbrahimov və bir  yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью