16 yaşlı oğlanı bıçaqlayan dostu tutuldu YENİLƏNİB

10.11.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Gəncə şəhərində 16 yaşlı yeniyetməni bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

"Unikal" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən A. Abbaszadə tutulub.

***

9 noyabr, saat 20:10

Gəncədə bıçaqlanma olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində baş verib. Şəhər sakini - 2009-cu il təvəllüdlü Elgün Əliyev budunun kəsilmiş bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.

Onun yarası dərhal tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 16 yaşlı oğlan dostu bıçaqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью