16 yaşlı qazaxıstanlı “Çelsi”li oldu

13.02.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Dastan Satpayevin gözlənilən keçidi rəsmiləşib. O, artıq “Çelsi”nin oyunçusu sayılır.
İngiltərə klubunun 16 yaşlı qazaxıstanlı hücumçuya görə “Kayrat”a 4,3 milyon avro ödədiyi xəbər verilib. Dastan 2026-cı ilə qədər doğma klubunda çıxış edəcək. 18 yaşı tamam olandan sonra isə londonluların sıralarına qoşulacaq.
Qeyd edək ki, Satpayev “Kayrat”ın əsas komandasında 15 yaşında debüt edib. Bu göstəriciyə əsasən klubun tarixinə rekordçu kimi düşüb. Qazaxıstanın yeniyetmələr liqasında 24 oyun keçirən hücumçu 26 qolun və 10 məhsuldar ötürmənin müəllifi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью