16 yaşlı qız zəhərlənib öldü Yenilənib

30.07.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yevlaxda 16 yaşlı yeniyetmə zəhərlənərək ölüb.

“Qafqazinfo”nun məlumatına görə, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü M. Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbi aparılacaq ekspertiza və araşdırmaların nəticəsindən sonra məlum olacaq.

***

Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir.

Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb. 

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Ziya Əmirxanlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью