16 yaşlı rusiyalı futbolçu vəfat etdi

14.04.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın "Rotor" klubunun yetirməsi Maksim Semyonov 16 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Volqoqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tibbi müayinələrdən sonra gənc futbolçunun səhhətində heç bir problem olmadığı bildirilsə də, ölüm səbəbi kimi ürəktutması göstərilib.

Məşqdən sonra evə qayıdan futbolçu axşam saatlarında qəfil özünü pis hiss edib. Onun yaxınları dərhal təcili yardım çağırıb. Bütün cəhdlərə baxmayaraq, M.Semyonivun həyatını xilas etmək mümkün olmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью