16 yaşlı uşaq atasına atəş açdı VİDEO

29.11.2024

Sonxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

16 yaşlı uşaq atasına atəş açdı - VİDEO

Şanlıurfanın Birecik rayonunda 16 yaşlı oğlan köşkdən spirtli içki alarkən gördüyü atasına atəş açaraq onu yaralayıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, əldə edilən məlumata görə, küçədə gəzən 16 yaşlı H.K., atası K.Hüseynin köşkdən spirtli içki aldığını görüb. Köşkə daxil olan H.K. ilə atası K.Hüseyn arasında spirtli içki üstündə mübahisə düşüb. İddiaya görə, ata spirtli içki içməsinə etiraz edən oğluna şillə vurub.

H.K evə gedib, özü ilə silah götürüb və içki mağazasına qayıdıb. Daha sonra H.K atasını çölə çağırıb və onu güllələyib.

Yaralı ataya ilk tibbi yardımı ətrafdakı vətəndaşlar və hadisə yerinə gedən polis qrupları edib. Təcili yardım maşını ilə Birecik Dövlət Xəstəxanasına aparılan atanın səhhətinin ağır olduğu, 16 yaşlı oğlanın isə nəzarətə götürüldüyü bildirilib.

Hadisə ilə bağlı istintaq davam edir.

Vüsalə İbrahimli


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью