160 ildən sonra ilk: Xəzərdə kabus ada peyda oldu (FOTO) | Icma.az
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvarında "ScienceAlert” beynəlxalq jurnalında, jurnalist Carly Cassellanın maraqlı bir yazısı dərc edilib.
"Kabus" adası okeandan çıxdı və yenidən yox olmaq üzrədir” başlıqlı yazıda Xəzərdə peyda olan "kabus ada”dan da bəhs olunub: "ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) peykləri Azərbaycan yaxınlığındakı Kabus adanın şəklini çəkib.
Alimlər adanın görünüşünü Xəzər dənizində yerləşən palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər.
Müvəqqəti torpaq kütləsi ilk dəfə 1861-ci ilin mayında sənədləşdirilib. Lakin növbəti il yoxa çıxıb.
Ada 20-ci əsrdə təxminən altı dəfə sulara çıxıb və yox olub.
Adanın son görünüşü 2023-cü ilin yanvarında qeydə alınıb, lakin sonrakı peyk görüntülərində yalnız dar bir quru zolağı görünür.” Qaynarinfo xəbər verir ki, tarixçi alim Zaur Əliyev sözügedən ada ilə bağlı araşdırma aparıb: "Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məhşurdur.
Xəzər dünyanın ən böyük daxili dənizi (göl) olmaqla yanaşı, həm də qədim zamanlardan bu yana sayısız miflərə, inanclara və sirlərə ev sahibliyi edib.
Tam oxu
Xəbəri oxu