160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda

16.10.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yerli məhkəmə belə qərar qəbul edib.

Mahir Şirvanovun cəzasının çəkilməmiş 5 ay 12 günü şərti hesab edilib. Polkovnik qərar çıxan kimi saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Hakim qərarını məhkumun cəzasının 3/4 hissəsini çəkməsi, islah olması ilə əsaslandırıb.

Qeyd edək, polkovnik Şirvanov Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub. 2022-ci ilin əvvəlində həbs edilib. O, bu ilin əvvəlində vaxtından əvvəl azadlığa çıxmaq istəyi ilə məhkəməyə müraciət etmişdi. Lakin onun həmin vaxt qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью