16,7 milyonluq satınalma Qalib şirkətin kapitalı cəmi 10 manatdır

05.08.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi" PHŞ əlillərin reabilitasiyası üçün nəzərdə tutulan malların satın alınması ilə bağlı müqavilə bağlayıb.

“Yeni Sabah” xəbər verir ki, satınalmanın qalibi "PRIMA TRADING" MMC olub. Müqavilənin ümumi dəyəri 16 milyon 718 min 673 manat təşkil edir.

Açıq dövlət reyestrində yer alan məlumatlara əsasən, "PRIMA TRADING" MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Ziya Rövşənzadə Mirzə oğludur. Toyuqlu pizza


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью