169 nəfər müsabiqədənkənar tələbə oldu

24.08.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi,  Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb.

“Qafqazinfo”nun məlumatına görə, bu il 169 abituriyent müsabiqədənkənar qaydada ali təhsil müəssisələrinə qəbul olunub.

Onlardan 3 nəfəri beynəlxalq fənn olimpiadalarının, 103 nəfəri respublika fənn olimpiadalarının, 63 nəfəri isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramının (IB) iştirakçısı olub.

Həmin şəxslər müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdiriliblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью