17 ci əsrə aid kilsə yanıb kül oldu Fotolar

16.08.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Polşanın Sanok şəhərindəki Xalq Memarlığı Açıq Hava Muzeyi ərazisində baş verən yanğında 1667-ci ilə aid taxta kilsə tamamilə yanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əraziyə 140-a yaxın yanğınsöndürən cəlb olunsa da, binanı və daxilindəki antik əşyaları xilas etmək mümkün olmayıb.

Muzey rəhbərliyi abidənin qiymətsiz olduğunu və bərpasının qeyri-mümkünlüyünü bildirib.

Hadisənin səbəbi araşdırılır, muzey müvəqqəti bağlanıb.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью