17 cüdoçumuz Düşənbə Qran prisində

21.10.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

\Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, bu il ilk dəfə gənclər arasında Qran-pri turniri təşkil olunacaq.

Apasport.az xəbər verir ki, Dünya Cüdo Turuna daxil edilən yarış oktyabrın 24-25-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

Turnirdə Azərbaycanı 17 cüdoçu təmsil edəcək. İdmançılarımızdan 10-u oğlan, 7-si isə qızdır.

Cüdoçularımız yarışda gənc oğlanlardan ibarət milli komandanın məşqçisi Elxan Rəcəbli, yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə, gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında mübarizə aparacaqlar.

Qran-pri turnirində ümumilikdə 19 ölkədən 234 cüdoçu qüvvəsini sınayacaq. Onlardan 147-si oğlan, 87-si isə qız idmançılardır.

Heyəti təqdim edirik:

Oğlanlar

-60 kq

Anar Quliyev

Məhəmməd Rüstəmli

-66 kq

Əhməd Rüstəmov

-73 kq

Səlim Sultanov

Özqan Quliyev

-81 kq

Məhəmməd Ağakişiyev

-90 kq

Əli Qazıməmmədov

-100 kq

Davud Namazlı

Canpolad Əliyev

+100 kq

Ramazan Əhmədov

Qızlar

-48 kq

Nərgiz Əhmədova

-52 kq

Aysun Məmmədova

Nuranə Hacızadə

-57 kq

Xədicə Qədəşova

Vüsalə Hacıyeva

-63 kq

Hanna Zaytseva

Nilgün Rzayeva

Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək DÇ: Millimiz Yaponiyaya məğlub olub - YENİLƏNİB DÇ: Uşangi Kokauri finalda məğlub oldu - YENİLƏNİB Kənan Nəsibov bürünc medal qazanıb - YENİLƏNİB Azərbaycan cüdo nümayəndələri beynəlxalq səviyyədə təltif olundular
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью