17 il işə getmədən maaş alıb…

28.10.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Almaniyada 62 yaşlı peşə məktəbi müəlliminin 17 il işə getmədən 248 min avro maaş aldığı bildirilir. Duisburq Dövlət Prokurorluğu onu 10 epizod üzrə fırıldaqçılıqda və iki epizod üzrə sənəd saxtakarlığında ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, ittihama görə, müəllim 2009-cu ildən xəstəlik məzuniyyətində olsa da, maaş almağa davam edib.

Onun uzun müddət işə gəlməməsi yalnız 2025-ci ildə təhsil idarəsinin şəxsi sənədləri yoxlaması zamanı üzə çıxıb.

İstintaq materiallarında müəllimin xəstəlik məzuniyyəti dövründə alternativ tibb mütəxəssisi kimi çalışdığı, saxta sənədlərdən və dalğıc sertifikatından istifadə etdiyi bildirilir. 2026-cı ilin martında evində aparılan axtarış zamanı müəllim tapılmayıb, rəqəmsal materiallar isə müsadirə edilib.

Müəllimin məcburi təqaüdə göndərilməsi prosesi iyul ayında başlanıb. Məhkəmə ittiham aktını qəbul edər və onun təqsiri sübuta yetirilərsə, müəllim 6 aydan 10 ilədək həbs cəzası ala bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью