Icma.az, Olay.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Musiqi dünyasına damğasını vuran Maykl Cekson ölümündən 17 il keçməsinə baxmayaraq, hələ də pop musiqisinin kralıdır.
OLAY yazır ki, 2009-cu ildə, hələ 50 yaşında ikən dünyasını dəyişən Ceksonun “The Essential Michael Jackson” adlı albomu İngiltərədə 2026-cı ilin ən çox satılan albomu olub.
İngiltərənin musiqi hit-paradları üzrə rəsmi qurumlarından biri ilk dəfə 2005-ci ildə yayımlanan və 38 mahnıdan ibarət bu albomun rəqəmsal yükləmələr, onlayn dinləmələr və fiziki satışlar hesabına ümumilikdə 508 mindən çox nüsxə satıldığını təsdiqləyib.
Bu göstəricilərlə Maykl Cekson müasir dövrün ən iddialı müğənnilərindən biri olan Harri Staylesi belə geridə qoyub.