1,7 mindən çox alim Maskın Britaniyanın aparıcı elmi cəmiyyətindən çıxarılmasını istəyib

14.02.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

1,7 mindən çox alim amerikalı sahibkar İlon Maskın Böyük Britaniyanın aparıcı elmi ictimaiyyəti olan London Kral Cəmiyyətindən çıxarılmasını tələb edən açıq məktub imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə “Guardian” qəzeti yazıb.

2024-cü ilin noyabrında Oksford Universitetinin inkişaf neyropsixologiyası sahəsində aparıcı professoru Doroti Bişop Maskın da üzvü olduğu London Kral Cəmiyyətindəki üzvlükdən istefa verib.

“Beynəlxalq elmi ictimaiyyətin 1700-dən çox üzvü London Kral Cəmiyyətinin prezidenti ser Adrian Smitə açıq məktub imzalayıb”, - deyə məqalədə qeyd edilir.

Qəzet yazır ki, 2018-ci ildə Kosmik gəmilərin və elektrik maşınlarının istehsalına verdiyi töhfənin tanınması üçün Maska cəmiyyətə üzvlük təklif edilib. “Guardian” yazır ki, bir qrup akademiklər hələ 2024-cü ilin avqustunda Maskın Britaniyadakı iğtişaşlarla bağlı şərhlərindən narahat olduqlarını bildiriblər və onun cəmiyyətdəki üzvlüyünün ləğv edilməsinə çağırıblar.

Açıq məktubda vurğulanır ki, o vaxtdan bəri amerikalı sahibkar daha da mübahisəli açıqlamalar verib və Maskın ABŞ prezidenti Donald Tramp administrasiyasında vəzifə tutması vəziyyəti daha da gərginləşdirir. Məktub müəllifi, London İmperial Kollecinin fəxri professoru Stiven Karri bildirib ki, Maskın davranışına reaksiyanın olmaması “mənəvi cəsarətin olmamasına getdikcə bənzəyir”, materialda deyilir.

Nəşrin məlumatına görə, martın 3-də London Kral Cəmiyyətinin toplantısı baş tutacaq, orada ictimai bəyanatların prinsipləri və üzvlərinin davranışı müzakirə olunacaq. Mask daha əvvəl britaniyalıları sağçı populist Reform UK partiyasına səs verməyə çağırıb və bunun ölkənin "yeganə ümidi" olduğunu deyib.

O, həmçinin Britaniyanın baş naziri Keir Starmerə qarşı xoşagəlməz ifadələr işlədib.

Bundan əvvəl iş adamı “X” sosial şəbəkəsində Britaniya şəhərlərində keçirilən etiraz aksiyalarından olan videolardan birinin altında “vətəndaş müharibəsi qaçılmazdır” yazıb.

Daha sonra Starmerin nümayəndəsi bəyan edib ki, Maskın Britaniyada vətəndaş müharibəsi proqnozlaşdıran şərhləri əsassızdır.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью