17 noyabrla bağlı qorxunc iddia Bu gün nə baş verəcək?

17.11.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Simpsonlar” cizgi serialının illər əvvəl yayımlanan bir bölümündə 17 noyabrla bağlı məqam sosial şəbəkələrdə ajiotaj doğurub.

“Yeni Sabah” xəbər verir ki, serialın 2023-cü ildə yayımlanan 35-ci mövsümünün 7-ci bölümündə Sprinqfild şəhərinin 6 gün elektrik enerjisiz qalması təsvir olunur.

Tamaşaçıların diqqətini çəkən digər məqam isə Liza Simpsonun gündəliyində 17 noyabr tarixinin qeyd edilməsidir. Bu detal bəzi sosial şəbəkə istifadəçilərinin həmin gün dünyada böyük elektrik kəsintisi və ya qlobal fəlakət yaşana biləcəyi barədə iddialar irəli sürməsinə səbəb olub. Məişət texnikası

Müzakirələri ABŞ-də 17 noyabrda Fövqəladə Hallar Xəbərdarlıq Sisteminin (EAS) sınağının keçiriləcəyi barədə məlumatlar da gücləndirib. Sınaq zamanı radio və televiziya yayımlarında qısa müddətli xəbərdarlıq mesajı yayımlanması nəzərdə tutulur. Lakin serialın həmin bölümündə 2026-cı ildə dünyanın sonunun gələcəyi və ya qlobal fəlakət baş verəcəyi ilə bağlı təsdiqlənmiş proqnoz yoxdur. Eyni zamanda, xəbərdarlıq sisteminin sınağı elektrik şəbəkəsinin söndürülməsi demək deyil.

“Simpsonlar” serialı keçmişdə baş verən bəzi hadisələrlə oxşarlıq təşkil edən səhnələrinə görə tez-tez gündəmə gəlir.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью