17 ölkə lideri Bişkekdə bir araya gələcək

29.08.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçiriləcək sammitinə 17 ölkənin lideri və yüksək səviyyəli nümayəndələri, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş qatılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sammitdə ŞƏT-ə üzv dövlətlərin — Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistanın liderləri iştirak edəcəklər.

Bişkek sammitində regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat-logistika əlaqələri və beynəlxalq gündəmdəki əsas məsələlərin müzakirə olunacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью