Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət başçısının bu gün imzaladığı əfv Sərəncamı ilə azadlığa buraxılan şəxslər arasında 26 yaşlı Əliyev Maarif Eldar oğlu da var.
“Qafqazinfo” xəbər verir ki, 2017-ci ildə 17 yaşında ikən törətdiyi cinayət əməlinə görə saxlanılan və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilən Maarif 9 ildən sonra azadlığa qovuşub.
Qeyd edək ki, əfv edilənlər arasında M.Əliyevlə yanaşı, bir neçə digər gənc də var.