Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
Azərbaycan mediasında özünəməxsus yer tutan Tribuna.az fəaliyyətinin 17-ci ildönümünü qeyd edir.
Doğru.az xəbər verir ki, 17 il ərzində informasiya məkanında fəaliyyət göstərən Tribuna.az “Hər kəsin Tribunası” şüarı ilə oxucularına operativ və aktual xəbərlər təqdim edib.
17 il — xəbərdən xəbərə, hadisədən hadisəyə, gündəmdən gündəmə uzanan böyük bir media yoludur. Bu illər ərzində Tribuna.az müxtəlif sahələr üzrə mühüm məlumatların ictimaiyyətə çatdırılmasında öz sözünü deyib.
Doğru.az kollektivinin adından Tribuna.az-ın bütün kollektivini 17 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!
Sizə möhkəm can sağlığı, yaradıcılıq uğurları, daim artan oxucu auditoriyası və media fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq. Arzu edirik ki, Tribuna.az bundan sonra da öz dəst-xətti, peşəkarlığı və prinsipiallığı ilə uzun illər Azərbaycan mediasında fəaliyyətini uğurla davam etdirsin.
17 illik yolunuz mübarək olsun.