17 yaşlı gənc ağır qəza törətdi Foto

31.10.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bərdə rayonunda avtomobil qəzası baş verib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə "588 saylı qəsəbə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, qəsəbə sakini - 17 yaşlı Şirin Səfərzadə VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın elektrik dirəyinə çırpılıb.

Yeniyetmə xəsarət alaraq, xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью