17 yaşlı gürcüstanlı İngiltərə yolunda

11.09.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İngiltərənin “Arsenal” klubu Gürcüstan futbolunun gənc ulduzu Andriya Bartişvilinin transferi ilə bağlı ilkin razılıq etdiyini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2027-ci ilin iyulunda 18 yaşı tamam olduqdan sonra London təmsilçisinin heyətinə qoşulacaq.

Hazırda müqavilə ilə “Kolxeti 1913″ə məxsus olan gürcüstanlı yarımmüdafiəçi icarə əsasında Gürcüstan yüksək liqasında mübarizə aparan “İberiya 1999” komandasının şərəfini qoruyur.

Bartişvili “Kolxeti”nin heyətində 2025-ci ildə debüt edib və həmin mövsümdə çempionatın 17 yaşadək ən yaxşı futbolçusu seçilib. O, 2026-cı il mövsümündə keçirdiyi 24 qarşılaşmada 2 qolla yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью