17 yaşlı hokkeyçi xeyriyyə matçında dünyasını dəyişdi

02.12.2024

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Lonq Aylend ştatının 17 yaşlı hokkeyçisi Konnor Kasin xeyriyyə matçı zamanı dünyasını dəyişib.

Fanat.Az "The New York Post" nəşrinə istinadən xəbər verir ki, oyunun gedişində huşunu itirən Konnor yıxılıb.

O, ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılsa da, həkimlər gənc idmançının həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən hokkeyçi Sabrina Navarettin xatirəsinə həsr olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью