17 yaşlı hokkeyçi xeyriyyə matçında dünyasını DƏYİŞDİ

02.12.2024

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-nin Lonq Aylend ştatının 17 yaşlı hokkeyçisi Konnor Kasin xeyriyyə matçı zamanı dünyasını dəyişib.

"Unikal"  "The New York Post" nəşrinə istinadən xəbər verir ki, oyunun gedişində huşunu itirən Konnor yıxılıb.

O, ilkin tibbi yardımdan sonra xəstəxanaya çatdırılsa da, həkimlər gənc idmançının həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən hokkeyçi Sabrina Navarettin xatirəsinə həsr olunub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью