17 yaşlı oğlan faciəvi şəkildə öldü

06.10.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Qaxda ağır yol qəzası olub.

Axar.az Report-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Qax şəhəri H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Kənan Məmmədova məxsus "Opel Astra" markalı avtomobil idarəetmən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 2009-cu il təvəllüdlü Elcan Səbuhi oğlu Muxtarov ölüb.

Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilasedicilər tətəfindən çıxarılaraq, Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Digər 2 sərnişin də müxtəlif xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью