17 yaşlı oğlan kanalda batdı, suyun səviyyəsi endirildi

06.02.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ağcabədidə 17 yaşlı yeniyetmə kanalda batıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Xocavənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 2008-ci il təvəllüdlü Adil Əkbər oğlu Həsənov kanalda batmasına dair əsaslı şübhələr olduğundan hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Yeniyetmənin axtarış tədbirlərinin effektivliyi məqsədilə Yuxarı Qarabağ kanalında suyun səviyyəsi aşağı endirilib.

Hazırda axtarışlar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью