17 yaşlı oğlan özünü 15 ci mərtəbədən atdı

10.03.2025

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Martın 9-da gecə saatlarında Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə saat 02 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Corat qəsəbə sakini Qadir Məmmədov binanın 15-ci mərtəbəsindəki eyvandan özünü atıb.

Q.Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Mərhumun qohumu Oxu.az-a açıqlamasında Qadirin idmanla məşğul olduğunu və hadisə vaxtı yanında başqa şəxslərin olduğunu deyib. O bildirib ki, hadisənin şantajla əlaqədar olması ehtimal edilir: “Qadir özünü atmamışdan əvvəl anasına zəng edərək halallaşıb”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью