Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Gəncədə 17 yaşlı yeniyetmə yanıq xəsarətləri alıb.
“Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü T. Şükürov bədənin müxtəlif nahiyyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, adıçəkilən şəxs bayram çərşənbəsində yandırılan tonqalda xəsarət alıb.
Onun müalicəsi davam edir.
Yunis Quliyev