Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Qazaxda 17 yaşlı yeniyetmə idarə etdiyi traxtoru aşıraraq dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Quşçu Ayrım kəndində baş verib.
Belə ki, 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu idarə etdiyi “Belarus” markalı traxtoru aşırıb. Nəticədə yeniyetmə hadisə yerində həlak olub.
Yeniyetmə texnikanı yeni idarə etməyi öyrənməyə çalışırmış.
Fakt araşdırılır.
Yunis Quliyev