17 yaşlı qazax “Çelsi”də debüt oyununda qol vurdu Video

28.07.2026

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

17 yaşlı qazax “Çelsi”də debüt oyununda qol vurdu - Video

Qazaxıstan millisinin hücumçusu Dastan Satpayev “Çelsi”nin əsas heyətində ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, London klubunun baş məşqçisi Xabi Alonso 17 yaşlı futbolçuya Avstraliyanın “Vestern Sidney Uonderers” komandası ilə yoxlama görüşündə (6:4) start heyətində şans verib.

Satpayev matçın 7-ci dəqiqəsində rəqib qapısına yol taparaq “Çelsi”nin heyətində ilk matçında debüt qolunu vurub.

Görüş Sidneydəki “Akkor” stadionunda, “Çelsi”nin Avstraliyadakı mövsümöncəsi hazırlıq turu çərçivəsində keçirilib.

View this post on Instagram

A post shared by Qol.az (@qolaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью