17 yaşlı qız həmyaşıdlarını döyüb internetdə paylaşır HƏSSAS GÖRÜNTÜLƏR

10.04.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Xanti-Mansiski muxtar vilayətində məktəbli qız əylənmək üçün həmyaşıdlarını döyür və videoları internetdə yerləşdirir.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisələr Surqut şəhərində baş verib.

17 yaşlı qız bir il ərzində ən azı dörd yeniyetməni döyüb. Zərərçəkənlər arasında oğlanlar da var. Oğlanın sadəcə danışığı qızın xoşuna gəlməyib və nəticədə möhkəm döyülüb. Həmyaşıdlarına kabus yaşadan qız digər uşaqların üzünü eybəcərləşdirəcəyini vəd edib.

Polis araşdırmaya başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью