17 yaşlı qızın cəsədi kanaldan tapıldı

29.03.2025

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Qarabağ suvarma kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində batan 2008-ci təvəllüdlü Gülçin Cəfər qızı Xəlilovanın cəsədi tapılıb.

Modern.az xəbər verir ki, Gülçin Xəlilovanın cəsədi polis əməkdaşları tərəfindən rayonun Qaraqoyunlu kəndi ərazisindən tapılaraq, aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, martın 19-da Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Bərdə rayonu, Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə ilkin məlumat daxil olmuşdu. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb edilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью