170 ABŞ vətəndaşı qanunsuz şəkildə saxlanılıb

17.10.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

ABŞ-də Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi əməkdaşları 170 ABŞ vətəndaşını qanunsuz şəkildə saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu əməliyyatlar zamanı saxlanılan 170 ABŞ vətəndaşından 20-si uşaq olub.

Həmçinin ən azı 3 hamilə qadının saxlandığı və 50-dən çox vətəndaşın qanuni statusları olmasına baxmayaraq şəxsiyyətləri yoxlandıqdan sonra tutulduğu vurğulanıb.

Saxlanılan bəzi vətəndaşların fiziki zorakılığa məruz qaldığı, bəzilərinin isə bir gündən çox müddətdə nə vəkilləri, nə də ailələri ilə əlaqə qura bilmədikləri qeyd edilib.

Bildirilir ki, bəzi vətəndaşlar sadəcə miqrant əməliyyatlarını çəkdiklərinə görə saxlanılıb və bu şəxslərin çoxunun Latın Amerikalı mənşəli olduğu vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью