170 milyonluq ulduz Real Madrid ə keçir?

23.09.2026

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

“Bayern”in fransalı futbolçusu Maykl Olise ilə bağlı yeni transfer iddiası ortaya çıxıb.

Fanat.Az xəbər verir ki, “El Nacional” Münhen klubunun daxilində 24 yaşlı vingerin “Real Madrid”ə keçə biləcəyi ilə bağlı narahatlığın artdığını yazıb.

Olisenin Madridə mümkün transferi öncəsi şəhərdə ev axtardığına dair məlumatların olduğu bildirilir.

Fransalı futbolçunun “Real Madrid”in maraq dairəsində olduğu barədə xəbərlər daha əvvəl də yayılıb. Lakin Madrid klubu iyunda Olise, onun nümayəndələri və ya yaxınları ilə heç bir əlaqəsinin olmadığını rəsmən açıqlamışdı.

Qeyd edək ki, “Bayern”in baş direktoru Yan-Kristian Dreesen də iyulda Olisenin satılmayacağını və klubda qalacağını bildirmişdi.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью