177 milyonluq cekpot uduldu

30.11.2024

Publika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyada bir bilet sahibi “EuroMillions” lotereyasının çərşənbə axşamı tirajında 177 milyon funt sterlinq dəyərində cekpotu qazanıb.

Publika.az xəbər verir ki, bununla da o, Milli Lotereyanın tarixində üçüncü ən böyük uduşun qalibi olub.

Həmin şəxs hələlik öz kimliyini açıqlamayıb.

2022-ci il iyulun 19-da anonim qalmaq istəyən digər bir britaniyalı iştirakçı “EuroMillions”un rekord cekpotu olan 195 milyon funt sterlinqi qazanmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью