Marja.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-ın avtomobil təhlükəsizliyi üzrə tənzimləyici qurumu gizli və etiketlənməmiş mexaniki qapı kilidləri səbəbilə Tesla şirkətinə məxsus 179 min 71 ədəd Model 3 kompakt sedan avtomobili ilə bağlı qüsur araşdırmasının başladıldığını açıqlayıb.
Marja xəbər verir ki, sözügedən qüsur araşdırması avtomobil təhlükəsizliyi standartlarının pozulub-pozulmadığının müəyyən edilməsi məqsədilə başlanıb.
Səlahiyyətli qurum araşdırma prosesinin yekununda Tesla-dan əlavə məlumat tələb edə, həmçinin zəruri hesab edildiyi halda düzəldici tədbirlərin görülməsini istəyə bilər.
Prosesin mümkün geri çağırma qərarı ilə nəticələnib-nəticələnməyəcəyi aparılacaq texniki qiymətləndirmələrdən sonra dəqiqləşəcək.