179 nəfərin öldüyü təyyarə quşla toqquşub GÖRÜNTÜLƏR

29.12.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan "Boeing 737" təyyarəsi quşla toqquşub.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, müstəntiqlər hadisənin mümkün səbəblərindən biri kimi təyyarənin quşlarla toqquşmasını göstərir.

"Yonhap" agentliyi hava limanının səlahiyyətlilərinə istinadən bildirib ki, eniş şassisinin nasazlığına quşların vurması səbəb ola bilər. "News 1" agentliyi isə qeyd edir ki, bir sərnişin qohumuna mesaj göndərərək quşun ilişib qaldığını bildirib.

Sosial mediada da təyyarənin quşla toqquşduğunu əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, təyyarədə olan 181 nəfərin 179-nun həlak olduğu bildirilir.

Həmin görüntüləri təqdim edirik:

https://t.me/modern_azz/47438

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью