Milli.az saytına istinadən Icma.az xəbər verir.
Sentyabrın 15-də dövlət mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.
Milli.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil edəcəyi hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında yerləşən Əmlak Xidmətləri Məkanında baş tutacaq.
Hərraca ümumi ilkin satış dəyəri 58 min 175 manat olan 18 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərracda iştirak etmək istəyən şəxslərin sifarişləri hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək qəbul ediləcək.
Satışa çıxarılan avtomobillərlə əvvəlcədən tanış olmaq mümkündür.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)