18 ci İstanbul Biennalisi “Üç ayaqlı pişik”lə başlayacaq

16.08.2025

Icma.az bildirir, Kulis.az portalına istinadən.

İstanbul Mədəniyyət və İncəsənət Vəqfi (İKSV) tərəfindən təşkil olunan və kuratoru Kristin Tohme olan 18-ci İstanbul Biennalisinin “Üç ayaqlı pişik” adlı ilk mərhələsi 20 sentyabr–23 noyabr 2025 tarixlərində Beyoğlu–Karaköy xəttindəki səkkiz məkanda keçiriləcək.

Kulis.az xəbər verir ki, üç il davam edəcək biennalisin bu mərhələsində 30-dan çox ölkədən 47 sənətçinin əsərləri, performanslar, film nümayişləri və DJ setlərini əhatə edən ictimai proqramla birlikdə tamaşaçılara təqdim olunacaq.

Tədbir tamamilə ödənişsizdir.

Qeyd edək ki, biennalis 2026 və 2027-ci illərdə keçiriləcək ikinci və üçüncü mərhələlərlə davam edəcək.

Tanınmış müğənnidən yeni albom Musiqilərini bir-bir sildilər – "Spotify"ın gizli silah layihəsi ifşa oldu Musiqi alətlərini zədələnməkdən qoruyan "ağıllı çantalar"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью