futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Paraqvay millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Almaniyaya qalib gəlib (1:1, penaltilərlə 4:3).
Futbolpress.az xəbər verir ki, ölkə prezidenti Santyaqo Penya yığmanın mundialda 1/8 finala yüksəlməsi münasibətilə 30 iyun tarixini qeyri-iş günü elan edib:
“Paraqvay heç vaxt təslim olmur! Lənət şeytana, bu gün istirahətdir!”
Paraqvay qanunvericiliyi icraedici hakimiyyətə ildə üç dəfə əlavə qeyri-iş günü elan etmək hüququ verir. Penya oxşar qərarı 2025-ci ilin sentyabrında, milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqəni təmin edəndə də vermişdi.
Paraqvay yığması 1/8 finalda Fransa – İsveç oyununun qalibi ilə qarşılaşacaq.