18 gün cənnətdə İsa Məsihin sayəsində öncəgörənlik edir

01.11.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağır kəllə-beyin travmasından sonra 18 gün komada qalan amerikalı Qeyb Puarro huşsuz olduğu müddətdə İsa Məsihi gördüyünü iddia edib. O, sağaldıqdan sonra Allahdan insanlar haqqında mesajlar almaq qabiliyyəti qazandığını da söyləyib.

Modern.az xəbər verir ki, bu barədə o, UNILAD nəşrinə müsahibəsində danışıb.

Hadisə 2021-ci ilin oktyabrında, Qeybin 20 yaşı olarkən baş verib. O, ağır avtomobil qəzasına düşüb və həkimlər tərəfindən reanimasiya edilib. Təxminən üç gün huşsuz qalan gənc daha 15 gün komada saxlanılıb.

Həkimlər onun sağ qalsa belə, vegetativ vəziyyətdə qala biləcəyindən ehtiyat ediblər. Lakin Qeyb gözləniləndən fərqli olaraq sağalıb.

Qeybin sözlərinə görə, huşsuz olduğu müddətdə ağrı, qorxu və kədər hiss etməyib. Əksinə, özünü işıq və sevgi ilə dolu bir məkanda hiss edib və orada İsa Məsihlə qarşılaşıb.

Ayıldıqdan sonra yaddaşı tədricən bərpa olunub. O, əvvəlcə valideynlərini və bacılarını tanımağa başlayıb.

Amerikalı hesab edir ki, yaşadığı hadisədən sonra Müqəddəs Ruh ona başqa insanlar haqqında əvvəllər bilmədiyi məlumatları əldə etmək qabiliyyəti verib.

O, buna nümunə olaraq təxminən iki il əvvəl Denverdə bir oteldə yaşadığı hadisəni göstərib. Qeybin sözlərinə görə, əvvəllər tanımadığı otel əməkdaşının atasının yaxınlarda vəfat etdiyini hiss edib və ona təsəlli verən sözlər söyləyib. Həmin şəxs kövrələrək atasının həqiqətən vəfat etdiyini təsdiqləyib.

Qeyb Puarro yaşadıqlarını “18 gün cənnətdə” (18 Days in Heaven) adlı kitabında da qələmə alıb. UNILAD-ın məlumatına görə, kitab “The New York Times”ın bestsellerlər siyahısına düşüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью