18 il həbsdən sonra Tailand həbsxanasındakı aldığı dəhşətli təcrübədən danışdı | Icma.az
Manset saytından alınan məlumata görə, Icma.az bildirir. Britaniyalı Conatan Uiler narkotik qaçaqmalçılığına görə 18 il həbsdən sonra Tailan
Manset.az -ın məlumatına görə, bu barədə Daily Mail məlumat yayıb.
Banqkok hava limanında o, Tayvan adasına narkotik daşımağa cəhd etdiyi üçün həbs edilib və məhkəmə onu 50 il müddətinə azadlıqdan məhrum edib.
O, bu müddətin çox hissəsini Banqkvanq həbsxanasında keçirib.
Həbsxana çox ciddi şərtlərinə görə ölkədə ən sərt hesab olunur və bu səbəbdən ona Böyük Pələng ləqəbi verilib.
Uiler kamerasında 18-ə yaxın məhbus olduğunu və bu rəqəmi 11-ə endirmək üçün onlara pul ödəməyə məcbur edildiyini bildirib.
Keçmiş məhbusun sözlərinə görə, həbsxanada narkotiklər adi hala çevrilib və məhbuslar arasında HİV-ə yoluxma halları yüksək olub.
Kişi həbsxanada yeməyin dəhşətli olmasından və daşlı düyü yemək məcburiyyətində qalmasından şikayətlənib.
Tam oxu
Xəbəri oxu