18 il sonra ilk: Rusiya və Gürcüstan...

19.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Minskdə Gürcüstan baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Giorgi Zurabaşvili və Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında keçirilən görüşdə bir sıra praktiki razılaşmalar əldə edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin görüşdən sonra yaydığı məlumatda deyilir.

Bildirilib ki, bu, uzun fasilədən sonra xüsusi nümayəndələr arasında ilk görüşdür:

"Ticarət, iqtisadi, mədəni və humanitar əməkdaşlığa xüsusi diqqət yetirilməklə ikitərəfli əməkdaşlığın cari məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bir sıra praktiki razılaşmalar əldə edilib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər və Rusiya ilə Gürcüstan arasında münasibətləri daha da inkişaf etdirmək üçün əlaqələri davam etdirmək barədə razılığa gəliblər”.

Qeyd edək ki, Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu münasibətlər 2008-ci ilin avqust ayında “beşgünlük müharibə”dən sonra Moskvanın Abxaziya və Tsxinvali bölgəsinin (Cənubi Osetiya) müstəqilliyini tanıması nəticəsində kəsilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью