18 ildə ilk: Azərbaycandan daha çox Rusiyadan aldı…

06.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin birinci rübündə Gürcüstana idxal olunan Rusiya qazının həcmi son 18 ildə ilk dəfə olaraq Azərbaycan qazını ötüb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin məlumatında deyilir.

Belə ki, hesabat dövründə ölkəyə qaz idxalının ümumi dəyəri 183,048 milyon dollar təşkil edib ki, bunun da 100,647 milyon dolları (55%) Rusiya, 82,401 milyon dolları isə Azərbaycanın (45%) payına düşüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью