18 ildən sonra qayıtdı, qol vurdu, zədələndi

13.07.2025

Icma.az bildirir, Qol.az portalına istinadən.

18 ildən sonra sabiq komandası "Rosario Sentral"a qayıdan Anhel Di Mariya Argentina klubunda ilk matçına çıxıb.

QOL.az xəbər verir ki, o, Argentina çempionatının son turunda "Qodoy Krus"la görüşdə (1:1) qol da vurub.

79-cu dəqiqədə Di Mariya penaltini dəqiq yerinə yetirib. 10 dəqiqə sonra isə zədələnərək əvəzlənib. 37 yaşlı futbolçu meydanı xərəklə tərk edib.

Qeyd edək ki, Di Mariya "Rosario Sentral" klubunun yetirməsidir. O, 2006-2007-ci illərdə adıçəkilən klubun əsas heyətində oynayıb. Bu müddət ərzində Di Mariya bütün turnirlərdə 39 matçda iştirak edib, 6 qol və 2 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью