18 maqnit udan iki yaşlı uşaq öldü FOTO

10.02.2025

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində iki yaşlı oğlan uşağı 18 maqnit udduğu üçün ölüb.

Bakupost.az xəbər verir ki, bu barədə "Real Noyabrsk" Teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hadisə Purpe kəndində baş verib.Uşağın valideynləri maqnit muncuqların əskik olduğunu görən kimi dərhal həkimə müraciət ediblər. Uaq özünü həmişəki kimi aparsa da, təcili xəstəxanaya çatdırılıb. Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirərək, reanimasiya tədbirlərinə başlasalar da, onu xilas edə bilməyiblər.

Regionun Səhiyyə İdarəsinin rəhbəri "RİA Novosti" ilə söhbətində uşağın sağ qalmadığını təsdiqləyib.

Lalə, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью