18 nömrəli marşrutda valideynə qarşı KOBUD MÜNASİBƏT: Bura uşaq bağçası deyil

23.01.2026

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda azyaşlı övladları ilə birlikdə avtobusa minmək istəyən sərnişin sürücünün kobud və məsuliyyətsiz davranışı ilə üzləşib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Qeyd edilib ki, ana iki uşaq arabası ilə 99-JU-303 nömrə nişanlı, 18 nömrəli marşrut avtobusuna daxil olmağa çalışıb.

Uşaq arabasının biri avtobusun içinə daxil olduqdan sonra, ikinci araba hələ çöldə olarkən sürücü qəfil şəkildə qapını bağlayıb. Sərnişin qapını əlləri ilə saxlayaraq ikinci uşaq arabasını da avtobusa qaldırmağa çalışsa da, sürücü qapını bağlamaqda israr edib. Bu vəziyyət avtobusdakı uşağın qorxudan ağlamasına səbəb olub.

Sərnişin öz narazılığını bildirdikdə isə sürücü ona qarşı kobud şəkildə davranaraq "bura uşaq bağçası deyil" və "uşaq arabası ilə minmək olmaz" deyib.

Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" MMC-dən bildirilib ki, avtobusların konstruksiyasına uyğun olaraq salona bir arabanın daxil edilməsinə icazə verilir.

"Bəzi hallarda sərnişinlərin bir neçə araba ilə avtobusa daxil olması və onların daşınması hallarına da rast gəlinir. Konkret bu hadisəyə gəlincə isə apardığımız araşdırma nəticəsində sürücünün arxa qapını bağladıqdan dərhal sonra açması, hər hansı zədələnmə və ya xəsarətin olmaması müəyyən edilib. Sürücü müvafiq qaydada yenidən təlimatlandırılıb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью