18 saylı seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə necə davam edir?

29.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Vətəndaşlar 118 seçki dairəsinin 5 846 seçki məntəqəsində səs verirlər.

Baku TV 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 4 saylı məntəqəsindəki seçki prosesini işıqlandırıb.

Qeyd edilib ki, seçicilər elə səsvermənin ilk dəqiqələrindən məntəqəyə gələrək öz namizədlərinə səs veriblər.

"Siyahıda məntəqə üzrə 1 492 seçicinin adı var. Səsvermə normal davam edir", - deyə məntəqə sədri Pərvanə Talıbova bildirib.

Daha ətraflı videomaterialda:

18 saylı seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə necə davam edir?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью